“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi (BQRTM) və “Servye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı və “Pasient Təşkilatları İttifaqı”-nın tərəfdaşlığı ilə “2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb” layihəsi çərçivəsində 25 noyabr Xaçmaz rayonunda 2-ci tip şəkərli diabet xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və xəstəliyin ağırlaşmalarını azaltmaq məqsədilə maarifləndirici tədbir keçirildi.
Qeyd edək ki, “2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb” layihəsi çərçivəsində Azərbaycan bütün regionlarında diabet xəstələrinin həyat tərzini yaxşılaşdırmaq məqsədilə maairfləndirici tədbirlər keçiriləcəkdir.