HAQQIMIZDA
- Azərbaycan Milli QHT Forumu (MQF) 1999-cu il iyun ayının 11-də 95 QHT tərəfindən təsis edilmişdir. Milli Qeyri-Hökumət Təşkilatlarının hərəkatının genişlənməsi, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə və mövcud qanunvericiliyə uyğun qurulması, koordinasiya edilməsi, QHT-lərin dövlət orqanları, bələdiyyələr, milli və beynəlxalq donorlar, eləcə də media və özəl sektorla qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması, üçüncü sektorun və vətəndaş cəmiyyətinin inkişafı və onların qarşılaşdığı problemlərin həllinə yardım etmək məqsədilə yaradılmış MQF, hal-hazırda 648 təşkilatı birləşdirən ictimai koalisiyadır.
- 2000-ci ilin ortalarında MQF yeni bir dövrə başlamış oldu. BMT İP və Dünya bankının maliyyə dəstəyilə həyata keçirilən “Yerli QHT-lərin inkişaf proqramı” layihəsi çərçivəsində MQF nümayəndələri ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən yerli QHT-lər barədə məlumat toplamağa və eləcə də, QHT hərəkatını Bakıdan bu ərazilərə yaymağa başladılar. Azərbaycanın regionlarında fəaliyyətinin tənzimlənməsi məqsədilə layihənin sonunda ölkənin beş region mərkəzində (Şəmkir, Mingəçevir, Qəbələ, Quba və Şirvan) Regional Resurs və Təlim Mərkəzi yaradıldı. Eləcə də, ölkənin 66 rayonunda MQF-in koordinasiya mıərkəzləri fəaliyyət göstərməkdədir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 iyul 2007-ci il tarixdə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalamış və bununla da ölkəmizdə QHT-lərin və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan vermişdir.Bunun nəticəsidir ki, MQF “QHT-lər (İctimai birliklər və Fondlar) haqqında” , “Hüquqi şəxslərin Dövlət Qeydiyyatı və Reyestri haqqında” bir sıra mühüm qanunların qəbulunda yaxından iştirak etmişdir. Həmçinin ictimai nəzarətin təmin olunması, şəffaflığın artırılması və QHT sektorunun davamlı inkişafı istiqamətində AR Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi bir sıra dövlət qurumları ilə sıx əməkdaşlıq edərək birgə layihələr həyata keçirir.
- Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 dekabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Mili QHT Forumu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü təyin edilmişdir.
- 2024-cü ilin Mayın 14-də Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib. Qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Tədbirdə köhnə tərkib tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb. Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib,5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb.
- İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib. Pərvanə Vəliyeva, Zaur İbrahimov, Azər Allahverənov və Xatirə Vəliyeva İdarə Heyəti üzvləri seçilib.
- Milli QHT-lərin işini əlaqələndirmək və hər hansı bir fövqəladə hallara cavab vermək üçün onların qabiliyyətini artırmaq, milli QHT-ləri təşkilati inkişafın bütün aspektlərin üzrə təlim, informasiya və digər resurslarla təmin etmək; kənd yerlərində QHT/İƏT-lərin artması və inkişafına yardım göstərmək, milli QHT-lərin hüquqi,eyni zamanda davamlı tərzdə artması və inkişafı üçün əlverişli mühitin yaradılmasına yardım etmək, milli QHT-lərin hpkumət, milli və beynəlxalq donorlar, texniki müəssisələr, mətbuat və xüsusi agentliklərlə əlaqələrinə kömək etmək, milli QHT-ləri müxtəlif milli və beynəlxalq forumlarda təmsil etmək, vətəndaş cəmiyyətinin quruculuğunda donor milli hökumət və hər hansı beynəlxalq təşkilata informasiya və digər cəhətdən yardım göstərmək, ictimai və özəl sektorda milli QHT-lərin işinin və potensial rolunun artırılmasına yardım etmək.
- Azərbaycan Respublikasında ictimai sektorun müasir tələblərə uyğun formalaşmasına,cəmiyyətdə QHT-lərin rolunun artırılmasıma və onların fəaliyyətinin güclənməsinə münbit şərait yaratmaq;
- Vətəndaş cəmiyyətinin formalaşması üzrə dünya təcrübəsindan yararlanaraq müxtəlif proqramlar, layihələr hazırlamaq və müvafiq dövlət orqanlarına, beynəlxalq təşkilatlara və fondlara təqdim etmək;
- QHT-lərlə dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə şərait yaratmaq;
- Üzv təşkilatların milli və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə,hüquqlarının müdafiəsinə çalışaraq, ümummilli məsələlərin həllində QHT-lərin həmrəyliyinə nail olmaq;
- QHT-lərin müsbət iş təcrübəsini yaymaq və müxtəlif istiqamətli informasiya bolluğu və təlimlərlə təmin etmək.
- İdarə Heyətinin sədri – Ramil İskəndərli.
İdarə Heyətinin üzvləri – Pərvanə Vəliyeva, Zaur İbrahimov, Azər Allahverənov və Xatirə Vəliyeva.
Bakı şəhəri, Azərbaycan Respublikası