Britaniyada koronavirus tədbirləri daha da sərtləşdiriləcək.
Bbunu baş nazir Boris Conson deyib.
Onun sözlərinə görə, virusla mübarizədə Britaniyanı qarşıda çox çətin həftələr gözləyir.
“Koronavirusa yoluxma rəqəmləri daha sərt tədbirlər görmək lazım olduğunu heç bir sual altında qoymur və biz bu tədbirləri tez bir zamanda elan edəcəyik”,- deyə Boris Conson qeyd edib.
Baş nazir hökumətin virusu nəzarət altında tutmaq üçün əlindən gələni edəcəyini bildirib. O vurğulayıb ki, insanların bu kritik zamanda nizam-intizamlı olmaqları vacibdir.
Xatırldaq ki, hazırda Britaniyada koronavirusa yoluxanların sayı sürətlə artır, belə ki, son həftələrdə günlük yoluxma sayı təxminən 50 000 nəfər civarındadır.