Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə İrəvan Türk Cumhuriyyəti Millət Şurasının sədri cənab Qafar Çaxmaqlı ilə görüş keçirildi. Tədbiri MQF-nin prezidenti Rauf Zeyni öz çıxışı ilə açıq elan etdi.
Daha sonra söz Qafar Çaxmaqlıya verildi. Qafar Çaxmaqlı nitqinə İrəvan Türk Cumhuriyyəti elan edilməsi ilə başladı. Mühacirətdə bu cumhuriyyətin elan edilməsi ilə əlaqədar olaraq dünyanın müxtəlif yerlərində yaşayan İrəvan mənşəli mühüm insanların birləşərək bu qəti addımı atdığını diqqətə çatdırdı. İrəvan Türk Cumhuriyyəti Millət Şurasının fəaliyyəti barədə geniş məlumat verdi. Tədbirdə iştirak edən MQF rəhbərliyindən və üzvlərindən Umud Mirzəyev, İradə Rzazadə, Tahir Əmiraslanov, Çingiz Bayramov, İbrahim İbrahimov, İsmayıl Ağayev, Adəm İsmayılov, Ramil Əliyev və başqaları İrəvan Türk Cumhuriyyətinin yaranması, formalaşması və inkişafi ilə bağlı dəyərli fikirlərini bildirdi və bu prosesdə aktiv iştirak edəcəklərini qeyd etdilər.
Yekunda Qafar Çaxmaqlı çıxış edərək İrəvan Türk Cumhuriyyətinin formalaşmasında və inkişafında xidmət göstərən insanlara və bu görüşə görə MQF rəhbərliyinə minnətdarlığını bildirdi.