22 iyul Azərbaycan Milli Mətbuat Günüdür.
1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist, dəyərli milli ziyalımız Həsən bəy Zərdabinin vasitəsilə nəşr olunan “Əkinçi” qəzeti ilə xalqın milli oyanışında, milli ideologiyasında və mədəni mühitimizdə yeni üfüqlərə yol açılmışdır. “Əkinçi” qəzeti ilə başlanan ideallar məhz xalqımızın söz azadlığı və inkişaf ideallarına çevrilmiş, o dövrdən başlayaraq ölkəmizin gələcəyinə mühüm və əsaslı töhfələr vermişdir.
Azərbaycan Milli Mətbuatının 145 illik yublileyi münasibətilə Azərbaycan Milli QHT Forumu kolektivi və şəxsən öz adımdan- bütün media mənsublarını, bütün jurnalistləri təbrik edir, daha yüksək nailiyyətlər və uğurlar arzulayırıq.
Hörmətlə,
Rauf Zeyni
MQF-nin prezidenti