“Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası

Martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası REAL TV ilə birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayıb. Bu gün MQF-nin prezidenti Rauf Zeyni və Respublika Qadınlar Cəmiyyətinin sədr müavini Vəfa Abbasova paytaxtın Xətai və Nizami rayonlarında olaraq monitorinq aparıblar, eyni zamanda əhaliyə karantin qaydalarına ciddi şəkildə əməl etməyin vacibliyini çatdırıblar.

Paylaşın: