Şahin Mustafayev Bilal Dündara kömək etdi – 10 min tibbi maska Azərbaycana gətiriləcək

Azərbaycan Respublikası Baş nazirin müavini Şahin Mustafayev  Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın Türkiyədə tədarük edilən 10 min maskanın Bakıya gətirilməsi üçün məktubuna müsbət cavab verib.

Baş nazirin müavini məktubunda humanitar yardımın daşınması, qəbul edilməsi və qanunvericiliklə müəyyən qaydada  rəsmiləşdirilməsi üçün Səfər Mehdiyevə, Elçin Quliyevə, Cahangir Əsgərova və Zaur Əliyevə göstəriş verib.

Qeyd edək ki, ötən il dekabrın 25-də Bilal Dündar Şahin Mustafayevə belə məzmunda məktub yazmışdı:

“Biz Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Mərmərə İş Adamları Dərnəyi ilə qardaş Azərbaycana göndərmək üçün 10 min tibbi maska tədarük etmişik. Bu aksiyanı Azərbaycanda fəaliyyət göstərən Qarabağ Azadlıq Təşkilatı ilə əməkdaşlıq protokolu çərçivəsində həyata keçiririk. Ancaq həmin maskaları Azərbaycana göndərmək üçün çətinlik yaranıb. Quru yolla əlaqə yoxdu, təyyarə ilə həddindən artıq çox pul tutur. Xahiş edirik, bu humanitar qardaş aksiyasını həyat keçirmək üçün bizə yardımçı olasınız. Azərbaycan Hava Yollarına bu yardımın ya ücrətsiz, ya da ucuz qiymətə çatdırılması üçün göstəriş verəsiniz”.

Paylaşın: