Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Vətənpərvərliyin İnkişafına Dəstək” İctimai birliyinin təşkilatçılığı ilə keçirilən Aprel döyüşləri və 44 günlük “Vətən müharibəsinə” həsr olunan “Zəfər yolu” layihəsi çərçivəsində 11 aprel 2022-ci il tarixində Hacıqabul rayonunda müharibə iştirakçıları, şəhid ailələri və qazilərin iştirakı ilə tədbir keçirildi. İlk olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Hacıqabul rayonu İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə 44 günlük “Vətən Müharibəsi”-də qəhrəmancasına vuruşmuş igidlərimizin keçdiyi döyüş yolu, eləcə də onların şücaəti, qəhrəmanlığı haqqında danışıldı. Tədbirdə iştirak edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər haqqında geniş məlumat əldə etdilər.