Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
QHT.az xəbər verir ki, seçkidə səs vermək üçün 460 vətəndaş cəmiyyəti institutu nümayəndəsi qeydə alınıb.
Səsvermə 29 iyul 2023-cü il tarixində saat 09:00 – 13:00 aralığında baş tutub.
Səsvermədə 382 nəfər iştirak edib
Etibarlı hesab edilən bülletenlərin sayı – 375
Etibarsız hesab edilən bülletenlərin sayı – 7
Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs toplamış 15 namizəd İctimai Şuranın üzvü seçilib.
Seçilmiş İcitmai şüra üzvləri:
- Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti – 289 səs
- Mahirə Əmirhüseynova – “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri – 237 səs
- Mətanət Cəfərova, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri – 232 səs
- Arzuman Abdulkərimov, “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri – 231 səs
- Mehriban Zeynalova, “Təmiz Dünya” Qadınlara Yardım” ictimai birliyinin sədri – 219 səs
- Vüsalə Hüseynli, “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri – 215 səs
- Rəfail Becanov, “İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri – 215 səs
- Sevda Məmmədova, “Sosial-İqtisadi İnkişaf Uğrunda” ictimai birliyinin sədri – 212 səs
- Məhsəti Hüseynova, “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” ictimai birliyinin üzvü – 209 səs
- Gülayə Səfərova, “Ailə Dünyası Ailələrə Hüquqi Yardım” ictimai birliyinin sədri – 208 səs
- İradə Nəsirova, “Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliyinin sədri – 202 səs
- Rauf Zeyni, “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri – 201 səs
- Araz Nurməmmədov, “Gender Bərabərliyi” ictimai birliyinin üzvü – 200 səs
- Xalid Kazımov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri – 196 səs
- Elməddin Muradov, Jurnalistika və İnkişaf Mərkəzi” ictimai birliyinin sədri – 193 səs