COP29 QHT Koalisiyasının keniyalı üzvü Norveçi qınadı

Bu günlərdə Azərbaycan Milli QHT Forumun təşəbbüsü ilə yaradılan və ətrafında 71 ölkədən 342 QHT-ni birləşdirən COP29 QHT Koalisiyasının aktiv üzvlərindən olan Keniya vətəndaşı Peter Oviti Norveçin COP29-da iştirakdan imtina qərarını qınayaraq VİDEO Müraciət etmişdir. Müraciətdə aşağıdakılar qeyd olunur:

“Mənim adım Peter Ovitidir. Mən Bakıda keçiriləcək COP 29 üzrə QHT Koalisiyasının üzvlərindən biri olan Motiv İnkişaf Layihəsinin İcraçı Direktoruyam. Biz Norveçin bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan COP29-da iştirakdan imtina etmək qərarına görə hiddətlənirik. Hamımız ortaq bir mühiti bölüşürük və hamımız bu planetin gələcəyi üçün işləmək və ekoloji şəraiti yaxşılaşdırmaq üçün məsuliyyət daşıyırıq. Bakıda bütün dövlətlərin konsensusa gələrək iqlimin qorunması ilə bağlı mühüm qərarlar qəbul etməsi gözlənilir.

Norveç dünyanın ən böyük neft və qaz istehsalçıları arasındadır, lakin bütün digər əsas istehsalçılar COP29-da iştirak etməyə razılıq veriblər. Təəssüf ki, Norveç qlobal istiləşməyə cavab vermək üçün bəşəriyyəti bir araya gətirmək səylərini qiymətləndirmir. Biz vətəndaş cəmiyyəti olaraq Norveçi COP29-da iştirakla bağlı Norveç hökümətinə mövqeyinə yenidən baxmağa çağırırıq. Azərbaycan Prezidenti vətəndaş cəmiyyətinin proseslərə cəlb ediməsinə və bütün üzv dövlətləri daha yaxşı gələcək naminə COP29-un məhsuldar və uğurlu danışıqlar olmasına şərait yaradır. Biz inanırıq ki, bu COP29 təşkilatçılıq səviyyəsinə və bütün iştirakçılar tərəfindən iştiraka görə əvvəlki COP-lardan fərqli olacaq.

Təəssüf ki, Norveç xüsusən də neft və qazla zəngin bir ölkə kimi bütün bəşəriyyəti narahat edən bir məsələyə həssas yanaşmayır. Biz hesab edirik ki, hər kəsə təsir edən bir məsələni həll etmək üçün siyasi məsələlər bir kənara qoyulmalıdır. İqlim dəyişikliyinin nəticələri təkcə Norveçin əlaqə qurmaq istəmədiyi insanlara deyil, həm də öz vətəndaşlarına təsir edir, çünki hamımız ortaq mühiti paylaşırıq. Təşəkkür edirəm.”

Paylaşın: