Prezident İlham Əliyev Rusiya Hökumətinin sədr müavini ilə görüşüb
Yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, 2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq, iqtisadi sahədə əlaqələr …