Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (AMQF) və Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) arasında layihə planlaşdırılması görüşü keçirilmişdir

Bir neçə gün öncə verilən məlumata əsasən, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən birgə elan olunan “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qaliblərindən biri kimi elan olunmuşdur.

Müsabiqə qalibi olaraq, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu beynəlxalq tərəfdaşı olan Pan-Afrika İqlim Ədaləti Alyansı (ingilis.- Pan African Climate Justice Alliance (PACJA)) ilə birgə “İqlim ədaləti uğrunda beynəlxalq həmrəyliyin gücləndirilməsi” layihəsi icra edəcəkdir.

Bü gün layihənin planlaşdırılması məqsədilə ilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyəti sədri Ramil İskəndərlinin Pan-Afrika İqlim Ədaləti Alyansı rəhbərliyi ilə onlayn görüşü keçirilmişdir.

Onyan görüş zamanı layihənin birgə icrası strategiyası və fəaliyyət planına baxış müzakirə olunmuşdur. Qərara alınmışdır ki, layihənin əsas işçi heyəti arasında mütəmadi onlayn görüşlər keçirilərək qarşıda duran konkret məsələlər müzakirə ediləcəkdir.

Paylaşın: