Azərbaycan Milli QHT Forumunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri ilə görüş keçirildi.

Milli QHT Forumunun ofisində 31 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrayil İsgəndərov və Günel Səfərova ilə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvlərinin görüşü keçirildi. Görüşdə Azərbaycan MQF-nin prezidenti Rauf Zeyni Azərbaycan Milli QHT Forumunun son illərdə fəaliyyəti və üzləşdikləri problemlər barəsində qısa məlumat verdi.
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü cənab İsrayil İsgəndərov agentliyin fəaliyyəti, vətəndaş cəmiyyətinin strateji inkişaf proqramı, MQF-nin təkmilləşdirilməsi və inkişafı haqqında görüş iştirakçılarına bəzi məlumatlar verdi. Daha sonra, İdarə Heyətinin üzvləri Qorxmaz İbrahimli, Umud Rəhimoğlu, İradə Rizazadə, İlham İsmayılov, Eyyub Hüseynov, Mehdi Mehdiyev, Mahirə Əmirhüseynova Azərbaycan Milli QHT Forumunun strukturunun yenilənməsi və təkmilləşdirilməsi, fəaliyyətinin gücləndirilməsi, qurultaylarının keçirilməsi və beynəlxalq standartlara əsasən vətəndaş cəmiyyətinin quruculuğunda iştirakının təmin edilməsi məsələləri müzakirə edildi və bir sıra təkliflər irəli sürüldü. Bununla yanaşı, Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova vətəndaş cəmiyyətinin quruculuğunun təkmilləşdirilməsi, agentliyin qrant siyasəti, dövlət-QHT münasibətlərinin inkişafı, QHT evinin yaradılması, beynəlxalq əməkdaşlığın bərpa edilməsi və bir sıra digər məsələlərə fikirlərini bildirdi.
Görüşün yekununda, MQF-nin prezidenti Rauf Zeyni MQF-nin və vətəndaş cəmiyətinin mövcud problemləri ilə əlaqədar ölkə prezidenti cənab İlham Əliyevə məktubla müraciət etdiyini bildirdi və Forumun problemlərinin həll olunmasında ölkə prezidentinə güvəndiyini bildirdi.
Sonda, Agentliyin nümayəndələri və görüş iştirakçıları bu cür görüş və müzakirələrin davamlı şəkildə keçirilməsinin vətəndaş cəmiyyətinin inkişafı üçün faydalı olacağını bildirdilər.

 

 

Paylaşın: