Azərbaycan Milli QHT Forumunda növbəti İctimai Müzakirə təşkil edilmişdir

Bu gün Azərbaycan Milli QHT Forumunda (AMQF) QHT-lərlə əlaqədar bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi təşəbbüslərinə dair QHT-lərin növbəti ictimai müzakirəsi təşkil olunmuşdur.

AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli və İdarə Heyətinin üzvü Zaur İbrahimli açılış nitqləri ilə çıxış edərək, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycanın qarşısında yeni çağırışların mövcudluğu, QHT-lərlə əlaqədar qanunvericilik aktlarında da bu məqamların nəzərə alınmasına ehtiyac yarandığını qeyd ediblər. Görüş zamanı “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu ilə əlaqədar QHT-lər tərəfindən bir sıra məsələlər ətrafında müzakirələr aparılmış və təkliflər verilmişdir. 

Tədbirdə eyni zamanda AMQF-nin yeni vəsiqələr əldə etmək üçün və üzvlük üçün müraciət etmiş  təşkilatlara vəsiqələr təqdim edilmişdir.

Azərbaycan Milli QHT Forumu qaldırılan, müzakirə olunan məsələlərlə əlaqədar qeydləri və təklifləri aidiyyəti dövlət qurumlarına təqdim etməyi planlaşdırır.

Paylaşın: