Göstərilir 38 Nəticə(s)

AMQF və PACJA tərəfindən “Belemə doğru Şimal – Cənub həmrəyliyi” tədbiri keçirildi

17 Noyabr 2024-cü il tarixdə Xəzri İstirahət və Sağlamlıq Mərkızində Azərbaycan Milli QHT Forumu və Pan-Afrika İqlim Ədaləti Alyansının (PACJA) növbəti birgə tədbiri keçirildi. Afrikanın müxtəlif ölkələrindən təmsil olunan təşkilatlar və Azərbaycan QHT-lərinin ümumilikdə 100-dək nümayəndəsinin keçirildiyi görüşdə “Beleme doğru transformasiya üçün Şimal-Cənub Həmrəyliyinin Təşviqi” mövzusu istiqamətində müzakirələr getmiş və əməkdaşlıq təklifləri səsləndirilmişdir. Görüşdə  Azərbaycan …

Azərbaycan QHT fəalları COP29 çərçivəsində Yaşıl Zonada səssiz aksiya keçirdilər

Bu gün COP29 çərçivəsində Yaşıl Zonada Azərbaycan QHT fəalları Avropada miqrantlara qarşı təzyiqlərə, dözülməz münasibətə etiraz olaraq, səssiz aksiya keçirib. “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın təşkilatçılığı ilə keçirilən aksiyada miqrasiya sahəsində ictimai fəallar Avropa liderlərini immiqrantlarla mübarizə əvəzinə iqlim dəyişmələrinə qarşı proseslərdə fəal olmağa çağırıblar.  

Azərbaycan və Afrika QHT-ləri arasında İQLİM ƏDALƏTİ UĞRUNDA BEYNƏLXALQ HƏMRƏYLİK müzakirə edildi

Bu gün Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentlyinin “COP29-la bağlı təşəbbüslər” qrant proqramı çərçivəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları və Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) tərəfindən icra olunan İqlim ədaləti uğrunda beynəlxalq həmrəyliyin gücləndirilməsi layihəsinın fəaliyyət planına uyğun olaraq İqlim maliyyəsi üzrə ehtiyacların təminatı mövzusunda Konfrans keçirilmişdir. Tədbirin açılışında PACJA İcraçı Direktoru Dr. Mitika Mvenda, Azərbaycan …

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Milli QHT Forumunun BƏYANATI

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Milli QHT Forumunun BƏYANATI Bu gün bütün dünya azərbaycanlıları 30 illik erməni işğalına son qoymuş tarixi qələbəmizi – 8 Noyabr Zəfər Gününü böyük qürur hissi və iftixarla qeyd edir. 2020-ci il 8 noyabrda müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu, xalqımız 44 günlük …

COP29 və COP30 ölkələrinin QHT-ləri arasında görüş keçirilib

2024-cü il noyabrın 1-də Azərbaycan və Braziliya QHT-ləri iqlim dəyişmələrinə qarşı mübarizə mövzusunda birgə səyləri müzakirə etmək üçün görüş keçirib. Görüşdə Azərbaycan tərəfdən COP29 QHT Koalisiyasının təşəbbüskarı olan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Forumun üzvü Urfan Sərkərov, Braziliya tərəfdən isə COP29 QHT Koalisiyasının üzvü, “Empodera Klima” təşkilatının rəhbəri Renata Kox, UNFCCC-də …

Azərbaycan və Gürcüstan QHT-ləri Tbilisidə bir araya gəldilər – VIDEO

21 Oktyabr 2024-cü ildə Tbilisi şəhərində, “IBIS” oteldə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” konfransı keçirilmişdir. Tədbirin açılışında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli tarixən Azərbaycan – Gürcüstan münasibətləri regionda seçildiyini qeyd etmişdir. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və …

COP29 QHT Koalisiyasının keniyalı üzvü Norveçi qınadı

Bu günlərdə Azərbaycan Milli QHT Forumun təşəbbüsü ilə yaradılan və ətrafında 71 ölkədən 342 QHT-ni birləşdirən COP29 QHT Koalisiyasının aktiv üzvlərindən olan Keniya vətəndaşı Peter Oviti Norveçin COP29-da iştirakdan imtina qərarını qınayaraq VİDEO Müraciət etmişdir. Müraciətdə aşağıdakılar qeyd olunur: “Mənim adım Peter Ovitidir. Mən Bakıda keçiriləcək COP 29 üzrə QHT Koalisiyasının üzvlərindən biri olan Motiv …

COP29 QHT Koalisiyası barədə məlumat BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Videomüraciətlə yayıldı – VİDEO

Bu günlərdə İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Insan Hüquqları Şurası 57-ci sessiya çərçivəsində Azərbaycan Milli QHT Forumunun (AMQF) təşəbbüsü ilə yaradılan COP29 QHT Koalisiyası beynəlxalq platforması barədə AMQF İdarə Heyətinin sədri Ramil İskəndərlinin Videomüraciəti Plenar Sessiya zamanı yayımlanmışdır. Ramil İskəndərli Videomüraciətində aşağıdakıları bildirmişdir: “Qeyri-Hökumət Təşkilatlarının Azərbaycanda oynadığı mühüm rolu vurğulamaq istərdim. Son illər Azərbaycanda vətəndaş …

71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib

2024-cü il oktyabrın 4-də COP29 QHT Koalisiyasının hibrit formada növbəti “zoom” görüşü keçirilib. “Report” xəbər verir ki, görüşdə elan olunub ki, Koalisiyanın sıraları hər gün genişlənir, artıq dünyanın 71 ölkəsindən 335 QHT bu tərkibdə yer alır. Koalisiyadakı 108 QHT, eyni zamanda UNFCCC tərəfindən Müşahidəçi statusla Həmfikir Qrupların (Constituency) üzvləridirlər. Hibrit görüş zamanı Azərbaycanın irəli sürdüyü qlobal …