Göstərilir 93 Nəticə(s)

Prezidentin köməkçisi QHT-lərlə videokonfrans formatında müzakirə apardı

Hakimiyyətlə QHT-lər arasında yeni dialoq başladı Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu “İctimai Liderlər Platforması”nın üzvləri ilə onlayn görüş keçirib. Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin …

İcra başçıları vətəndaşların ən yaxın şəxsinə çevrilməlidir – RƏY

“Elmir Bağırovun Saatlı, Faiq Qürbətovun Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasını müsbət qarşılayırıq. İnanıram ki, onların fəaliyyəti nəticəsində yaxın gələcəkdə rəhbərlik etdikləri İcra Hakimiyyətlərində müsbət dəyişikliklər özünü göstərəcək”. Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib. O bildirib ki, əksər icra başçıları özlərini təəssüflər olsun ki, cəmiyyətə fərqli təqdim ediblər: “Toxunulmaz, əlçatmaz, …

Rauf Zeyni: “Dünya susmamalıdır”

Son vaxtlar Nikol Paşinyanın göstərişi ilə Ermənistanda ümumi səfərbərlik, işğal altında olan torpaqlarımızda hərbi təlimlər, Ermənistanın iyul ayında dövlət sərhədində törətdiyi hərbi təxribatda məğlubiyyəti ilə barışmaq istəmədiyini və yenidən yenidən müharibəyə hazırlaşdığını göstəriır. Bu fikirləri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni səsləndirib. Onun sölzərinə görə, bu gün Ermənistanda Njde, Dro kimi faşistlər qəhrəmanlaşdırılır və …

“Korrupsiyaya qarşı mübarizə ölkənin dayaqlarını gücləndirir”

 “Deyilənlərdən dərs almayanlar, əlbəttə, cəzalanır, tutduqları vəzifədən kənarlaşdırılırlar”   “Bir şüarımız var: kamil vətəndaş,  sivil cəmiyyət və güclü dövlət” Ölkədə korrupsiyaya qarşı mübarizə gücləndirilir. Son vaxtlar həyata keçirilən tədbirlər,o cümlədən kadr islahatları bunun bariz nümunəsidir. Həyata keçirilən dərin islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha …

Qafar Çaxmaqlı ilə görüş keçirilib

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə İrəvan Türk Cumhuriyyəti Millət Şurasının sədri cənab Qafar Çaxmaqlı ilə görüş keçirildi. Tədbiri MQF-nin prezidenti Rauf Zeyni öz çıxışı ilə açıq elan etdi. Daha sonra söz Qafar Çaxmaqlıya verildi. Qafar Çaxmaqlı nitqinə İrəvan Türk Cumhuriyyəti elan edilməsi ilə başladı. Mühacirətdə bu cumhuriyyətin elan edilməsi ilə əlaqədar olaraq dünyanın müxtəlif …

Rauf Zeyni Baş nazirə müraciət etdi

MQF-nin prezidenti Rauf Zeyni  Dağıstanda  qalan  Azərbaycan vətəndaşları ilə bağlı Baş Nazir  Əli Əsədova müraciət edib. Müraciətdə deyilir:  “Hörmətli Əli müəllim! Bu gün bütün dünyanın əsas probleminə çevrilmiş, ağır sosial və iqtisadi problemlərlə qlobal fəlakətlər gətirmiş pandemiya dünyada mövcud olmuş bütün münasibətləri dəyişməklə bərabər, həm də bu ölkələr üçün ağır sınaq dövrü kimi xarakterizə olunur.  Belə …

Fəttah Heydərovun yaxınlarına başsağlığı veririk – Rauf Zeyni

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və Forumun kollektivi, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, milli ziyalı, görkəmli dövlət xadimi Fəttah Heydərovun dünyasını dəyişməsilə əlaqədar kədərləndiklərini bildirir və mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verirlər. Allah rəhmət eləsin!

Qurban Bayramınız mübarək

Hörmətli dostlar! Dəyərli həmkarlar! “Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan ölkə ictimayətini mənəvi birlik və vəhdət rəmzi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi bildirirəm, Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa …

Bütün jurnalistləri təbrik edirik – MQF-nin prezidenti

22 iyul Azərbaycan Milli Mətbuat Günüdür. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist, dəyərli milli ziyalımız Həsən bəy Zərdabinin vasitəsilə nəşr olunan “Əkinçi” qəzeti ilə xalqın milli oyanışında, milli ideologiyasında və mədəni mühitimizdə yeni üfüqlərə yol açılmışdır. “Əkinçi” qəzeti ilə başlanan ideallar məhz xalqımızın söz azadlığı və inkişaf ideallarına çevrilmiş, o dövrdən başlayaraq …