Göstərilir 93 Nəticə(s)

“Ordumuz Ali baş komandanın əmrini gözləyir” – Rauf Zeyni

Azərbaycan müstəqilliyini bərpa etdikdən, xüsusilə də, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə nizami ordu quruculuğu prosesi başladı. Bu proseslər hazırda da ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda son illərdə dünyanın ən güclü 50 ordusunun sıralarına daxil olmasının səbəbi odur ki, NATO standartlarına uyğun …

Xarici şirkətlər ölkəmizi ciddi və etibarlı tərəfdaş kimi qəbul edirlər – Rauf Zeyni

“Azərbaycan dövləti müstəqilliyini 30 ildir bərpa etməsinə baxmayaraq, qısa müddət ərzində, xüsusilə son 15 ildə ölkəmiz sürətlə inkişaf edir və dünya brendləri olan böyük transmilli şirkətlərin də diqqət mərkəzindədir. Onlar Azərbaycana sərmayə qoymağa, əməkdaşlıq etməyə maraqlıdırlar. Ötən gün “Microsoft” şirkətinin təşəbbüsü ilə ölkə başçısı İlham Əliyevlə şirkətin rəhbər şəxsləri və “Microsoft”un digər nümayəndələri arasında videokonfransın …

MQF-nin yaranmasının 21 illiyi münasibətilə təbrik

Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, onun əsas komponentlərindən olan Qeyri-Hökumət Təşkilatlarının formalaşması, bir institut kimi təşkilatlanması prosesi başladı. Bu müddətdə Azərbaycanda minlərlə QHT-nin yaranması və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi fonunda bu ictimai-siyasi təsisatların vahid bir vətəndaş platformasında birləşməsi zərurətini ortaya qoydu. Ölkədə QHT-lərin bir çətir altında birləşməsi vahid mövqe nümayiş etdirməsi, bu …

“ASAN xidmət” korrupsiyaya qarşı mübarizədə dövlətin ən ciddi layihəsidir – ŞƏRH

“Prezident İlham Əliyevin Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında söylədiyi fikirlər və Tərtər Olimpiya İdman Kompleksinin açılışında etdiyi çıxış çox vacib və aktualdır. Biz orada olan çağırış və mesajları dərk etməliyik. “ASAN xidmət” dövlət səviyyəsində Azərbaycan Respublikasının brendi kimi ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə yaradılmış bir xidmətdir və dövlətin korrupsiyaya qarşı mübarizədə ortaya qoyduğu ən …

“İctimai nəzarət gücləndirilməlidir”

Rauf Zeyni: “Dövlət sevgisi, övlad sevgisindən üstün olmasa, biz heç nəyə nail ola bilmərik” “Bizim zəngin tarixi dövlətçilik ənənələrimiz var. Və dövlətimizin qurulması, inkişafında xidmət göstərən böyük tarixi şəxsiyyətlərimiz var.  Bu gün müasir Azərbaycanın 30 illik təcrübəsi və eyni zamanda öyrəndiyimiz beynəlxalq təcrübələrimiz var. Lakin biz beynəlxalq müstəvidə bir tərəfdən çox yüksək səviyyədə təqdim olunuruq, …

Əfv örnəyi: “Prezident daim insanların taleyini düşünür”

Ölkəmizdə koronavirusla mübarizə tədbirləri davam edir. Prezident İlham Əliyev xüsusi karantin rejimi ilə əlaqədar mühüm fərman və sərəncamlar imzalayır. Və bütün bunlar  vətəndaşlarımıza göstərilən qayğını ən bariz sübutudur. Həmin fərmanlardan biri də pandemiya ilə bağlı yaşı 65-dən yuxarı olan məhkumların əfvi oldu. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın …

“Söhbət millətin və dövlətin xilasından gedir” – Rauf Zeyni

Koronavirus pandemiyası bütün dünyanı özünə tabe edib. Bütün ölkələr, o cümlədən Azərbaycan hökuməti koronavirusla mübarizə aparmaq üçün gücləndirilmiş tədbirlər həyata keçirirlər. Ölkədə koronavirusla mübarizə tədbirləri ilə bağlı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: – Rauf bəy, karonavirus infeksiyasının coğrafiyası genişlənməkdədir. Əvvəlcə ölkəmizdə bu virusa qarşı görülən …

“Biz birlikdə güclüyük”!- Milli QHT Forumu ölkə ictimaiyyətinə müraciət etdi

Azərbaycan Milli QHT Forumu Koronovirusla əlaqədar ölkə ictimaiyyətinə müraciət edib. Gunaydin.az xəbər verir ki, bu barədə Forumun prezidenti Rauf Zeyni məlumat verib. Həmin müraciəti təqdim edirik:   Əziz həmvətənlər! Dəyərli soydaşlar!   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli təhlükəsizlik strategiyası və qəbul etdiyi operativ qərarlar ölkəmizdə koronovirus epidemiyasının tüğyan edilməsinin qarşısını aldı. Respublika Nazirlər …

Yeni QHT-lər MQF üzvlüyünə qəbul edildi

Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin 13 mart 2020-ci il tarixində toplantısı keçirilmişdir. Toplantıda Yeni QHT-lərin MQF üzvlüyünə qəbul sənədləri müzakirə olunaraq 4 QHT (“Gələcəyimizin İnkişafı” İctimai Birliyi, sədr-Humay Mehdiyeva, “Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzi” İcitmai Birliyi, sədr-Qabil Hüseynov, “Azərbaycan Milli Kulinariya Assosasiyası” İctimai Birliyi, sədr- Tahir Əmiraslanov, “Qərbi Azərbaycana Dönüş” İctimai Birliyi, sədr-Səməndər …

“Bu addımlar parlamentin effektiv fəaliyyətinə təkan ola bilər” – Rauf Zeyni

“Düşünürəm ki, müxalifət düşərgəsindən olan partiya nümayəndələrinin parlament təyinatlarında yer alması, professor Fəzail İbrahimlinin həm komitə sədrinin müavini, həm də dini qurumlarla iş üzrə komitənin sədri seçilməsi çox mühüm yenilik və irəliləyişdir. Bu kimi yeni addımlar parlamentin bundan sonra daha effektiv, səmərəli fəaliyyət göstərməsinə çox böyük təkan ola bilər”. Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət …