Göstərilir 216 Nəticə(s)

Hündürlüyü iki metr olan “Şuşa” yazısı hazırdır

Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb. Xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq. “AdCo” reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyəti qurumlara müraciət olunub və təsdiqini gözləyir. …

Aqil Abbas rus sülhməramlılarına etiraz etdi: “Niyə mən…”

“Ermənilər Laçın dəhlizi ilə Qafandan Əsgərana gəlirlər. Bir buna razılaşmışıq, keçə bilərlər. Onda mənə də icazə versinlər ki, mən də Ağdamdan 37 kilometrlik yol ilə Şuşaya gedim”. Bu fikirləri deputat Aqil Abbas səsləndirib. “Niyə mən Şuşaya Füzulidən 105 kilometrlik yol ilə getməliyəm? Niyə mən Kəlbəcərə Murovdan getməliyəm? Gül kimi Ağdərədən Kəlbəcərə 80 kilometrlik yol var. …

Müdafiə naziri azad edilmiş ərazilərə getdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib. Sonda Nazirliyin rəhbərliyi …

Udinlər növbəti dəfə Kəlbəcərdəki Xudavəng monastırında olublar

Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri bu gün Kəlbəcər rayonunda olub, orada Xudavəng monastır kompleksini ziyarət ediblər. Onlar Milad bayramı ilə əlaqədar Xudavəng monastırında ibadət edib, dualar oxuyublar. Qeyd edək ki, Alban-Udin icmasının üzvləri daha öncə də Xudavəng monastırını ziyarət ediblər. Onlar yenə də bura gələcəklərini və daimi müqəddəs məkanlarından …

Ceyhun Bayramovun Ermənistanla bağlı məktubu BMT-nin sənədi kimi yayılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məktubda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın münaqişənin təsirinə məruz …

Azərbaycan Polşaya yeni səfir təyin edib

Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə N.Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həsən Həsənov səfir vəzifəsindən geri çağırılıb

Prezident İlham Əliyev Həsən Həsənovun Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Koronavirusa yoluxan Ermənistan prezidentinin vəziyyəti ağırdır

“Ermənistan prezidenti Armen Sarkisyan COVID-19-u ağır keçirir”. Bunu dövlət başçısının Mətbuat Xidməti açıqlayıb. Qeyd olunub ki, A.Sarkisyan vəziyyəti stabilləşəndən sonra həkimlərin icazəsi ilə öz vəzifəsini icra etmək üçün Yerevana qayıdacaq. Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb. Cütlük hazırda Böyük Britaniyanın paytaxtı Londonda xəstəxanadadırlar. A.Sarkisyan …

Şəhid və qazi ailələrinə “YAŞAT kart” veriləcək

“YAŞAT kart”la bağlı layihə düşünürük. Hər bir ailəyə bu kart veriləcək”. Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin kart ictimai iaşə obyektlərində və digər yerlərdə istifadə oluna biləcək: “Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq”.