Göstərilir 216 Nəticə(s)

“Qaçqınkom” şəhid ailələrinə təqim olunması üçün 4 700 mənzili nazirliyə verdi

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilən mənzillər və yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib. Həmin mənzillər şəhid ailələrinə veriləcək”. Bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib. O bildirib ki, söhbət 4 700-ə yaxın mənzilli qəsəbələrdən və yaşayış …

ABŞ Milli Təhlükəsizlik Şurasının daha 4 əməkdaşı istefa verib

Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının (MTŞ) daha 4 yüksək vəzifəli məmuru yanvarın 6-da Vaşinqtonda baş vermiş iğtişaşlardan sonra vəzifələrini tərk edib. Bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl ABŞ-ın nəqliyyat naziri Eleyn Çao və təhsil naziri Betsi Devos iğtişaşlar fonunda istefa vermişdi. ABŞ-ın Şimali İrlandiyadakı xüsusi elçisi, əvvəllər Ağ Evin əməkdaşlar departamentinə …

Vətən müharibəsi qəhrəmanı: “Zəngilanı düşməndən ildırım sürəti ilə azad etdik”

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan-İran dövlət sərhədinin 132 km-lik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları da böyük qəhrəmanlıqlar göstəriblər. “Report” İnformasiya Agentliyinin çəkiliş qrupu Zəngilan rayonunun Ağ kənd sərhəd döyüş məntəqəsində olarkən Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərovla həmsöhbət olub. B.Ələkbərov Zəngilanın və Xudafərin …

Müdafiə Nazirliyi hərbi forma geyinənlərə çağırış etdi

Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur. Bu barədə Müdafiə Naziriyindən məlumat verilib. Bildirilib ki, həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq: …

Prezident: “Füzuli-Şuşa dəmir yolunun tikintisi layihəsinə bu il start veriləcək”

“Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Prezidenti İlham Əliyevin sözlərinə görə, Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir: “Amma hər halda indi layihələndirmə …

İlham Əliyev: “Toğanalı – Kəlbəcər yolunun inşasına başlanılıb”

“Digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı – Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. “Bəzi yerlərdə yüksəklik 3 500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin …

Samir Nuriyev: “Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb”

“Cənab Prezident, Sizin Şuşa şəhərinə göndərdiyiniz böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər də olmuşdur və Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılmışdır”. Bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. “İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş və topoqrafiya işləri davam etdirilmişdir. …

İlham Əliyev: “Ermənistanın xarici işlər naziri, sən kimsən ki, Xankəndinə gedirsən?”

“İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndinə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim …

Obama Kapitoli basqınını ABŞ üçün böyük biabırçılıq adlandırıb

ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda Kapitoli təpəsində baş verən hadisələr barədə bəyanatla çıxış edib. RBK-ya istinadən xəbər verilir ki, o, hazırkı prezidentin təhriki ilə həyata keçirilən Konqres binasına basqının ABŞ tarixinə böyük biabırçılıq anı kimi düşəcəyini söyləyib. “Tarix haqlı olaraq qanuni seçkilərin nəticələri barədə əsassız yalan danışmağa davam edən hazırkı dövlət başçısının təhriki ilə yaranan bugünkü …