Göstərilir 216 Nəticə(s)

Türkiyə Prezidenti Naxçıvan-İğdır qaz kəmərinin reallaşdırılması üçün qərar verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi barədə qərar verib. Bu barədə qərar Türkiyənin “Rəsmi Qəzeti”ndə dərc edilib. Xatırladaq ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan …

Erməni dilini öyrənmək istəyənlər üçün dərs vəsaiti buraxılıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi həm kurslarda tədris vəsaiti kimi istifadə olunması, həm də fərdi olaraq bu dili öyrənmək istəyənlər üçün Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsait nəşr etdirib. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib. Erməni dilini sərbəst öyrənmək istəyənlər vəsaitdən yararlana bilərlər. Bu nəşrdə erməni dili beş hissə və 32 dərsdən ibarətdir. Dərs …

Suqovuşanda erməni hərbçilərin meyiti tapılıb

Tərtər rayonunun Suqovuşan kəndində 4 erməni hərbçinin meyiti aşkarlanıb. Bu barədə Dağlıq Qarabağdakı qondarma rejimin “fövqəladə hallar xidməti” açıqlama yayıb Məlumatda axtarış işlərinin bu gün Talış-Suqovuşan və Füzuli-Hadrut istiqamətində aparıldığı vurğulanıb.

Erməniləri Xudavəngə buraxmadılar

Erməniləri Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırına buraxmayıblar. Bu barədə Xudavəngi ziyarət etmək istəyən Ermənistan sakini Yevgeniya Yengibaryan öz feysbuk hesabında yazıb. “Milad günü xoşagəlməz hadisə ilə başladı. Rəfiqəm ilə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik. Bizim 40 nəfər olmağımıza baxmayaraq, həmçinin ziyarət etmək istəyənlərin sayında …

KİVDF 19 qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın müsabiqəli maliyyə yardımının göstərilməsinə dair müddəalarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına 2021-ci ilin I yarısı üçün maliyyə yardımının göstərilməsi ilə …

Prezident İlham Əliyev Anar Kərimovu videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlət başçısı qəbulda çıxış edib. – Mən sizi mədəniyyət naziri vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Siz bir müddətdir mədəniyyət nazirinin müavini vəzifəsində çalışırsınız və ümid edirəm ki, nazir kimi bu yüksək etimadı doğruldacaqsınız. Azərbaycanın zəngin …

Füzuli-Şuşa avtomobil yolu ilə hərəkət qısa müddətdə təmin olunacaq

Noyabrın 16-da Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və I xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra icrasına başlanılan layihə uğurla davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir. Məlumatda …

Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Müharibənin bitdiyini bilmirdim”

“Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində Vətənə qayıtmışıq və doğmalarımıza qovuşmuşuq”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əhmədzadə Mobil İlqar oğlu deyib. O bildirib ki, əsirlikdə olan vaxtı işgəncələrə məruz qalıb: “Düşmən tərəfindən beynəlxalq hüquqa riayət olunmur. Əsirlikdə olan zaman müharibənin bitdiyini bilmirdim. Dekabrın 10-da gördüm …

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımızın haqlı davalarında sonunadək yanlarında olacağıq”

“Şanlı ordumuz yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan aldığı feyz ilə dost, qardaş, məzlum və məğdur ölkələrin əmin-amanlığı və təhlükəsizliyi üçün də mübarizə aparır; BMT, NATO, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycanda, Liviyada, Kosovoda, Əfqanıstanda, Bosniya və Herseqovinada, Qətərdə, Somalidə, Sudanda və bir çox yerdə sülhə töhfə vermək üçün böyük səylə …

Erməni təcavüzündən ziyan çəkən şəxslərə maddi yardım göstərilməsinə başlanılıb

Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub. Bu barədə Nazirlər Kabinetinin mətbuat …