Göstərilir 216 Nəticə(s)

QHT-lərin beynəlxalq platformalarda təmsilçiliyinin artırılması diqqət mərkəzindədir

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Beynəlxalq təşkilatlarda vətəndaş cəmiyyəti təmsilçiliyi: reallıqlar və hədəflər” adlı təlim keçirilib. Bakı Biznes Mərkəzində keçirilən təlimdə 50-yə yaxın QHT-dən nümayəndələr iştirak edib. Təlimdə “COP29 tədbirində qeyri-hökumət təşkilatlarının iştirak prosedurları, hədəflər”, “BMT strukturlarında üzvülük, prosedurlar və imkanlar” kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb. Təlimçilər COP29 Təşkilat …

14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb

ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a evsahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər.

Bəyanatda imzası olan vətəndaş cəmiyyəti təşkilatları və ictimai fəallar 2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29-un vacibliyini vurğulayırlar.

“Bu tədbir böyük gözləntilər daşıyır. COP29-a ev sahibliyi edən Azərbaycanın bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirir. İnklüziv və birgə iqlim fəaliyyətinin tərəfdarları kimi biz QHT-lərin COP29-da iştirakının vacib əhəmiyyətinə qəti şəkildə inanırıq.

QHT-lər öz icmaları ilə dərin əlaqələri olan maraqlı tərəflər kimi çıxış edərək COP29-da müzakirə və qərar qəbuletmə proseslərini zənginləşdirən özünəməxsus fikir, təcrübə və perspektivlər təklif edir. Onların iştirakı iqlim böhranını həll etmək üçün kollektiv öhdəliyi gücləndirərək sahiblənmə, məsuliyyət və həmrəylik hissini gücləndirir.

Azərbaycan Milli QHT Forumu ilə, COP29-un sədrliyi və Azərbaycanla planetimiz üçün ümidli gələcəyə dəstək səylərində həmrəy olduğumuzu bəyan edirik”, – bəyanatda qeyd edilib.

İmzalar:
1. Peter Qorgiyevski – Global Dialoq Forumunun rəhbəri, Avstraliya;
2. Giyorqi Tatar – Dialoq və Kütləvi Zorakılıqların Qarşının Alınması üzrə Budapeşt Mərkəzinin rəhbəri, Macarıstan;
3. Emma Maklennan – EEAST Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansının prezidenti, Böyük Britaniya;
4. Nixil Aziz – Amerika Yəhudilərinin Dünya Xidmətinin nümayəndəsi, ABŞ;
5. Dr. David Apollus – Akross Atlantik İnkişaf Təşkilatının Baş İcraçı Direktor, Böyük Britaniya (ECOSOC statuslu təşkilat);
6. Edda Guiberti – Tripla Difesa O.N.L.U.S təşkilatının Prezidenti, İtaliya (ECOSOC statuslu təşkilat);
7. Evelyn Bisona Fonkem- Aztəminatlıların Rifahı Assosiasiyasının nümayəndəsi, (ECOSOC statuslu təşkilat);
8. Adetola Ojeniyi – Böyük Britaniya və Afrika İnkişaf və Tədqiqat Mərkəzinin nümayəndəsi – Böyük Britaniya (ECOSOC statuslu təşkilat);
9. İanna Mallayka Foundation – Niderland (ECOSOC statuslu təşkilat);
10. Bencamin Yu – El Pozo de Vida təşkilatının nümayəndəsi, Meksika;
11. Aleksiya Klaydon – QHT eksperti, Böyük Britaniya;
12. Frensis Niba – Vətəndaş Təbliğatı Koalisiyasının nümayəndəsi, Böyük Britaniya;
13. Patricia Haydeger – Avropa Ətraf Mühit Bürosunun nümayəndəsi, Belçika;
14. Katalin Hartviq – QHT eksperti, Almaniya;
15. Feliks Masi – “Səssiz Uşaqlar” təşkilatının təsisçisi, ABŞ
16. Nyanq Miçel -ekspert, ABŞ;
17. Sana Ullah – Pakistan Gənclər Təşkilatının rəhbəri, Pakistan;
18. Nik Nvolisa – Gənclərlə iş üzrə ekspert, Nigeriya
19. Mayk Handkok – “Circle of Excellence Group”un rəhbəri, Avstraliya;
20. Peter Mousaferiadis – “Cultural Infusion” təşkilatının rəhbəri, Avstraliya;
21. Əbdülməjid Əmrani – Batna Universitetinin professoru, Əlcəzair;
22. Hassina Hemamid – Batna Universitetinin professoru, Əlcəzair
23. Şehnazz Nadirşah – Meher Roşani Fondunun və Qlobal Dialoq Fondunun nümayəndəsi, Hindistan/Avstraliya;
24. Bencamin Bikford – ekspert, Avstraliya;
25. Priyanga Premaratne – Beynəlxalq Sunşayn Koas İnkişaf Universitetinin tədqiqatçısı, Avstraliya;
26. Uzma Nahid – “Solution for You” təşkilatının təsisçisi, Pakistan;
27. Anumnu İkenna Maykl – Səhiyyə və Ətraf Mühitin Mühafizəsi üzrə GoodWash Fondunun nümayəndəsi, Nigeriya;
28. Alfons Rac – Kəndlərin Rekonstruksiyası və İnkişaf Layihəsinin nümayəndəsi, Hindistan;
29. Vera Daniel – Şəffaflıq Uğrunda Afrika Gənclərinin nümayəndəsi, Nigeriya;
30. Elong Emilienne-Alice, “GDF” Müxtəliflikdə Birlik Təşkilatının nümayəndəsi, Kamerun. (daha&helliip;)

14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb

ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a evsahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər. APA-nın xəbərinə müraciətdə bildirilir ki, bəyanatda imzası olan vətəndaş cəmiyyəti təşkilatları və ictimai fəallar 2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək …

Bakıda Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilib

Bakıda Azərbaycan Milli QHT Forumunun ümumrespublika forumu keçirilib. Forumda ölkədə fəaliyyətdə olan 300-ə yaxın Qeyri-Hökumət Təşkilatının rəhbər və nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni buna qədər baş tutan regional forumlarının əhəmiyyətindən bəhs edib: “Bu forumlarda 250-dək QHT iştirak edib. Bu regional forumlar göstərdi ki, QHT-lər çox böyük potensiala malikdir. …

Naxçıvanda Regional Forum keçirilib

Bu gün Azərbaycan Milli QHT Forumunun Naxçıvan şəhərində regional forumu keçirilib Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib. Ötən dövrdə vətəndaş cəmiyyəti də möhkəmlənib, prosesə töhfə verib. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli qeyd edib ki, QHT …

Milli QHT Forumu Gəncədə Regional Forum keçirib

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Gəncə şəhərində regional forum keçirib. QHT təmsilçilərinin son illərdəki uğurlu fəaliyyətindən bəhs edən təşkilat rəhbəri Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyəti ölkənin bütün sahələrində fəallıq nümayiş etdirir. O, bunu sevindirici hal kimi qiymətləndirib: “İcra edilən layihələr müsbət nəticələri ilə seçilir”. “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev …

Rauf Zeyni: Vətəndaş cəmiyyətinin inkişafı ölkəmiz üçün çox vacibdir

Milli QHT Forumu olaraq 25 ildir Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğu prosesində QHT-lərin inkişafı, regionlarda QHT hərəkatının gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ictimai nəzarətin, iştirakçılığın təmin olunması, şəffaflığın artırılması və digər istiqamətlərdə fəaliyyət göstəririk. Zaman-zaman regionlarda da forumlarımız keçirilir və yerli QHT-lər bu tədbirlərə dəvət olunur. Forumlarda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr təhlil …