“COJEP International” Avrasiya Koordinatorluğunun COJEP Şəbəkə üzvü olan Azərbaycan Qeyri-Hökumət Təşkilatları arasında “Könüldən Könülə Türkiyə Görüş layihəsi” üzrə müsabiqə nəticələrinə əsasən 1-ci istiqamət üzrə qalib təşkilat Milli QHT Forumu olub.
Bu barədə məlumatı Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib.
Məlumatda deyilir ki:
“Bu istiqamət üzrə Həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olan QHT-ləri bir araya gətirməklə ortaq iş yollarını artırmaq üzrə Ankarada Türkiyənin ən böyük birlikləri HAK-İŞ ve Memur-Sen birlikləri ilə bir araya gələcəyik. İlk olaraq “COJEP International” Avrasiya Koordinatorluğuna layihə təklifimizə göstərdiyi dəstəyə görə öz təşəkkürümüzü bildirmək istəyirik. Bu layihə çərçivəsində bizim Ankaraya səfərimiz çərçivəsində biz bu layihənin təqdimatını edəcəyik.
Qeyd etmək istərdik ki, layihənin elanı və seçilməsi prosesi tam şəffaf şəkildə həyata keçirilmişdir. Layihə çərçivəsində Milli QHT Forumu olaraq Azərbaycanın cənub bölgəsində fəaliyyət göstərən QHT rəhbərlərinin və personalının professional idarə etmə qabiliyyətlərinin artırılması üçün institusional (informativ, metodiki təşkilatı və digər) dəstəyin təşkil olunması bununla ölkədə vətandaş cəmiyyəti institutlarının inkişafına nail olmaq məqsədilə Lənkəran rayonunda Təlim və Resurs Mərkəzi yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, layihənin həyata keçirilməsi üzrə Milli QHT Forumu xeyli təcrübəyə malikdir. 2000-ci ildən etibarən Azərbaycanda Bakı şəhəri QHT Resurs və Təlim Mərkəzinin yaradılması, eləcə də Şirvan, Mingəçevir, Şəmkir, Quba və Qəbələ rayonları üzrə regional QHT Resurs və Təlim Mərkəzlərinin yaradılmasında dəstək olmuşdur. Təbii ki, bu layihə Türkiyədəki həmkarlarımızla birgə, bizim öz töhfəmiz və o cümlədən onların dəstəyi ilə həyata keçiriləcək və öz növbəsində bu layihə COJEP-in Avrasiya koordinatorluğunda QHT-lər arasında əməkdaşlığa öz töhfəsini verəcək. Eyni zamanda qardaş dövlət olan Türkiyənin ən böyük birlikləri HAK-İŞ ve Memur-Sen birlikləri ilə biz bu layihəni icra etməkdən məmnunuq.