MQF-nin yaranmasının 21 illiyi münasibətilə təbrik

Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, onun əsas
komponentlərindən olan Qeyri-Hökumət Təşkilatlarının formalaşması, bir institut kimi təşkilatlanması prosesi başladı. Bu müddətdə Azərbaycanda minlərlə QHT-nin yaranması və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi fonunda bu ictimai-siyasi təsisatların vahid bir vətəndaş platformasında birləşməsi zərurətini ortaya qoydu. Ölkədə QHT-lərin bir çətir altında birləşməsi vahid mövqe nümayiş etdirməsi, bu sferanı beynəlxalq arenada layiqli təmsil etmək hədəfləri Azərbaycan nüfuzlu bir vətəndaş cəmiyyəti şəbəkəsinin- Milli QHT Forumunun təsis olunmasını və aktiv fəaliyyət göstərməsini gerçəkləşdirdi. 21 il əvvəl 1999-cu il iyunun 11-də yüzlərlə QHT öz təşəbbüslərini ortaya qoyaraq vahid platformada təşkilatlanmış, milli və beynəlxalq səviyyədə təmsilçiliyi təmin edən Milli QHT Forumunu təsis etdilər. Təsis olunduğu və fəaliyyət göstərdiyi bu 21 il ərzində Milli QHT Forumu ölkədə QHT İnstitutunun tam formalaşmasına, cəmiyyətdə qərar qəbuletmə və icra proseslərində vətəndaş cəmiyyəti təsisatlarının rolunun artırılmasına Azərbaycan QHT-lərinin beynəlxalq arenada sözünün eşidilməsinə, cəmiyyətin inkişafına yönəlik, çoxsaylı ideya, təşəbbüs və layihələrin həyata keçirilməsinə böyük töhfə vermişdir. 21 il ərzində Milli QHT Forumu ölkənin bütün regionlarını əhatə edən şəbəkə qurmaqla öz sıralarını dəfələrlə artıraraq, 700-dən artıq QHT-ni milli dövlətçilik və azərbaycançılıq ideyası ətrafında birləşdirmişdir. Bugün Milli QHT Forumu Azərbaycanda bütün hakimiyyət qolları ilə tərəfdaşlıq münasibətləri qurmuş, cəmiyyətin bütün sahələrində işgüzar əməkdaşlıq mühitinin reallaşdırılmasında öz yeri və rolunu göstərməkdədir. Milli QHT Forumu bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda aktiv fəaliyyətini davam etdirərək öz aparıcı mövqeyini qorurub saxlayacaqdır.
Azərbaycan Milli QHT Forumunun 21 illiyi münasibətilə MQF-nin yaranmasında tarixi xidmətləri olan hər kəsi, MQF üzvlərini, bütövlükdə QHT sektorunu, vətəndaş cəmiyyətini təbrik edir, MQF-nin, vətəndaş cəmiyyətinin, xalqımızın rifahı və dövlətimizin inkişafı naminə fəaliyyətində hər bir vətəndaşa və bütün dünya azərbaycanlılarına uğurlar arzulayırıq.
Hörmətlə,
Rauf Zeyni
MQF-nin prezidenti
Paylaşın: