Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə MQF Turizm Mərkəzinin direktoru, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Quliyev Ruslan Gəray oğlu “Tərəqqi” medalı ilə təltif olunub.
Prezident İlham Əliyev tərəfindən Ruslan bəyin təltif olunması münasibətilə Azərbaycan Milli QHT Forumu rəhbərliyi və kollektivi olaraq səmimi qəlbdən təbrik edir, dövlətimizin inkişafı, xalqımızın rifahı naminə fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.