Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” keçirildi

Cari ilin 15-17 Avqust tarixlərində Şamaxı rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” keçirildi. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən proqramda 100-ə yaxın QHT-dən təmsilçilər iştirak etdi.
3 gün ərzində Şamaxı Tədris Mərkəzində davam etmiş proqramda layihələlərin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, dataların toplanması və təhlili, qərar qəbulu prosesi, hədəf qrupları, tərəfdaşlarla iş və s. kimi mühüm mövzularda, eləcə də  “İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması” mövzusunda praktiki qrup işləri təşkil olundu. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspertlər aparmışdır.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunmuçdur.
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan şəhərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 350-dən çox QHT iştirak edib.

Tədbirin sonunda iştirakçı QHT təmsilçiləri həmrəylik flaşmobu təşkil edib. Milli QHT Forumu olaraq, Agentliyin QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində bundan sonra da, əməkdaşlığını məmnunluqla davam etdirəcək.

 

Paylaşın: