Aqil Abbas rus sülhməramlılarına etiraz etdi: “Niyə mən…”

“Ermənilər Laçın dəhlizi ilə Qafandan Əsgərana gəlirlər. Bir buna razılaşmışıq, keçə bilərlər. Onda mənə də icazə versinlər ki, mən də Ağdamdan 37 kilometrlik yol ilə Şuşaya gedim”.

Bu fikirləri deputat Aqil Abbas səsləndirib.

“Niyə mən Şuşaya Füzulidən 105 kilometrlik yol ilə getməliyəm? Niyə mən Kəlbəcərə Murovdan getməliyəm? Gül kimi Ağdərədən Kəlbəcərə 80 kilometrlik yol var. Niyə mən ordan getməli deyiləm? Sən sülhməramlısansa, məni də qoru, mən oradan gedim”, deyə o, etirazını bildirib.

Paylaşın: