Milli QHT Forumunun X Qurultayı ilə bağlı Təşkilat Komitəsinin iclası keçirilib.

 Milli QHT Forumunun X Qurultayı ilə bağlı Təşkilat Komitəsinin iclası keçirilib.

Azərbaycan Milli QHT Forumunun X Qurultayına hazırlığa start verildi!

 

Oktyabr ayında keçirilməsi nəzərdə tutulan Qurultayın, Milli QHT Forumunun Təşkilat Komitəsi ilə 06 sentyabr 2023-cü il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzinin konfrans zalında iclası keçirilib.

Tədbiri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni açıq elan edib və MQF Təşkilat Komitəsinin üzvlərini salamlayıb. Daha sonra Milli QHT Forumunun hal–hazırki vəziyyəti, mövcud çətinliklər və Forumunun X yubiley Qurultayın keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Forumun X Qurultayının keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr üzrə gündəlik hazırlanıb və məruzə edilib. İş bölgüsü və əsas təşkilati istiqamətlər, nizamnamədə lazım olan dəyişikliklərin edilməsi haqqında fikir mübadiləsi aparılıb.

Təşkilat Komitəsinin üzvləri: Umud Mirzəyev, İradə Rizazadə, Afaq Hüseynova, Eyyub Hüseynov, Ruslan Quliyev, İlham İsmayılov, Mahirə Əmirhüseynova, Samirə Mustafayeva, Sevda Tahirli, İradə Həsənova, Mehdi Mehdiyev,  Azər Həsrət, İlqar İlkin, Amin Məmmədov, Cəsarət Hüseynzadə, Ayaz Hüseynov tədbirdə iştirak ediblər və X Qurultayın keçirilməsinə, Forumun yenilənməsinə dair təkliflərlə çıxış ediblər.

Əksər çıxışlarda Forumun X Qurulyaının oktyabrda keçirilməsi qərarlaşdırılıb.

Paylaşın:

SON YAZILAR