ELANLAR

MQF-nin X Qurultayı ilə əlaqədar namizədliklərin irəli sürülməsi kampaniyasına başlanıldı

MQF-nin X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanıldı. MQF-nin X Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcəkdir.

MQF-nin Nizamnamə tələblərinə uyğun olaraq hər bir MQF üzvü olan QHT rəhbəri və nümayəndəsi             MQF-nin rəhbər orqanlarına namizədliklərini irəli sürə bilər. MQF üzvü olan QHT rəhbərlərinin bu prosesdə aktiv iştirak etmələri xahiş olunur.

Namizədliyi irəli sürmək üçün tələblər:

  • MQF üzvü olan QHT rəhbərləri və nümayəndələri namizədliyini irəli sürə bilər;
  • Namizədliyini irəli sürən şəxsin rəhbərlik etdiyi QHT-nin İdarə Heyətinin qərarı.

 

Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin (ərizə, anket və tərcümeyi-hal) qəbulu üçün son tarix  15 iyun 2021-ci ildir. Müraciət üçün sənədlər azngoforum@gmail.com e-poçt ünvanına göndərilməlidir.

 

MQF-nin X Qurultayının 1 ay müddətində keçirilməsi qərara alınmışdır.

 

Qeyd:  MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcəkdir.

 

Ünvan: Milli QHT Forumunun ofisi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 154 (Aqrar Tədqiqatlar Mərkəzinin binası, 2-ci mərtəbə, 10-cu otaq)

Əlaqə:

012 493 57 41; 012 493 54 81; 077 415 11 11; 077 415 15 15

e-mail: azngoforum@gmail.com

 

Sənədlər Əlavə olunur: