MQF

  • Azərbaycan Milli QHT Forumu (MQF) 1999-cu il iyun ayının 11-də 95 QHT tərəfindən təsis edilmişdir. Milli Qeyri-Hökumət Təşkilatlarının hərəkatının genişlənməsi, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə və mövcud qanunvericiliyə uyğun qurulması, koordinasiya edilməsi, QHT-lərin dövlət orqanları, bələdiyyələr, milli və beynəlxalq donorlar, eləcə də media və özəl sektorla qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması, üçüncü sektorun və vətəndaş cəmiyyətinin inkişafı və onların qarşılaşdığı problemlərin həllinə yardım etmək məqsədilə yaradılmış MQF hal-hazırda 648 təşkilatı birləşdirən ictimai koalisiyadır.