Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Gəncə şəhərində regional forum keçirib.
QHT təmsilçilərinin son illərdəki uğurlu fəaliyyətindən bəhs edən təşkilat rəhbəri Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyəti ölkənin bütün sahələrində fəallıq nümayiş etdirir.
O, bunu sevindirici hal kimi qiymətləndirib: “İcra edilən layihələr müsbət nəticələri ilə seçilir”.
“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev bildirib ki, ötən 20 ildə aparılan dövlət siyasəti nəticəsində gənclər hər sahədə uğur qazanırlar.
Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin sədri Fərman Nəbiyev, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsayeva, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev də çıxış edərək vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən danışıblar.
Qeyd edək ki, növbəti regional forum 2024-cü il yanvarın 8-də Naxçıvanda olacaq. Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.