Azərbaycan və Gürcüstan QHT-ləri Tbilisidə bir araya gəldilər – VIDEO

21 Oktyabr 2024-cü ildə Tbilisi şəhərində, “IBIS” oteldə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” konfransı keçirilmişdir.

Tədbirin açılışında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli tarixən Azərbaycan – Gürcüstan münasibətləri regionda seçildiyini qeyd etmişdir. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşamışlar.

Ən çətin və riskli mərhələlərdə belə Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük vermişlər. Bu davranış bütövlükdə Qafqazda bir nümunə olaraq qalmaqdadır. Azərbaycan və Gürcüstan bir-birnin daxili işlərinə qarışmır. Həm Azərbaycan, həm də Gürcüstan bu gün  müstəqil siyasət aparır, ölkənin və bölgənin milli maraqlarını nəzərə alır, Azərbaycan-Gürcüstan dostluğunu davam etdirir. Bu isə bəzi ölkələri, Qərb dairələrini narahat edir.

Azərbaycana və Gürcüstana qarşı Qərbin təzyiqlərinə qarşı tədbir iştirakçıları, azərbaycanlı və  gürcü ekspertlər, Gürcüstan və Azərbaycanın geosiyasi müttəfiqlər kimi birgə fəaliyyət göstərməli olduğunu vurğuladılar.

Gürcüstanın Konfliktlər və Danışıqlar Beyməlxalq Mərkəzinin rəhbəri Zaal Anjaparidze qeyd etmişdir ki, milli maraqların, milli adət ənənə və dəyərlərin müdafiəsində qeyri-hökümət təşkilatlarının rolu danılmazdır və Azərbaycan və Gürcüstanın QHT-lərinin birgə təşəbbüsləri gücləndirilməlidr. Görüşdə iştirak edən QHT nümayəndələri, nüfuzlu söz sahibləri, görkəmli ziyalıları  regionun gələcəyini Gürcüstanla Azərbaycanın sıx əməkdaşlığında möhkəm təməllər üzərində qurulan işbirliyində, strateji tərəfdaşlıqda gördüklərini qeyd etdilər.

Son dövrlər Gürcüstan hökümətinin müstəqil siyasətinin Qərb ölkələrini qıcıqlandırmağa başlamağı, təzyiqlərin artmasına gətirib çılxardı. Belə ki, xüsusilə Gürcüstanda qəbul edilən “xarici agentlər” qanunu və ardınca LGBT təbliğatını qadağan edən qanunun qəbul edilməsi bu təzyiqləri gərginləşdirdi.

Bu addımlar Qərbin, xüsusilə Avropa İttifaqının və ABŞ-ın Gürcüstan hökumətinə qarşı tənqidlərini kəskinləşdirdi və hətta sanksiyalarla təhdidlər səsləndirildi. Gürcüstan hökuməti bu ittihamları ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirdi.

Milli mənəvi dəyərlərə təhdidlərdən danışarkən iştirakçılar Avropa Parlamentinin dərc etdiyi sənədlərdəki açıq məlumatlara görə, son 7 ildə Avropada LGBT icmasına mənsub olduqlarını bildirənlərin sayı 5 dəfə artdığını qeyd etdilər. Avropa bu “dəyərlərini” bütün dünyaya ixrac etmək və öz daxilində ciddi demoqrafik problemlərə gətirib çıxaran bu tendensiyanı bütün dünyada izləmək arzusundadır. İştirakçılar əminliklə qeyd etdilər ki, Qərbdə bəzi dövlət və dairələrin Azərbaycana olduğu kimi, Gürcüstana da təzyiq etməsi onu daxili işlərinə müdaxilə etməyə çalışmaları öz nəticəsini verməyəcək.

Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq platformaları üçün potensial mexanizmlərindən biri də COP29 QHT Koalisiyası olduğunu vurğulayan Ramil İskəndərli çıxışında qeyd etdi ki, İqlim dəyişmələri ilə bağlı artan qlobal çağırışlar fonunda Azərbaycan Milli QHT Forumu İctimai Birliyi bu problemlərin həllində qeyri-hökumət təşkilatlarının mühüm rolunu qəbul edərək, xarici QHT-lərin çoxsaylı əməkdaşlıq təkliflərinə cavab olaraq, “COP29 QHT Koalisiyası”nın yaradılması barədə qərar qəbul etmişdir. Koalisiyaya artıq 72 ölkədən 350 xarici QHT-nin qoşulması Azərbaycan vətəndaş cəmiyyəti üçün qlobal müstəvidə tarixi bir an olub və bu təşəbbüs böyük maraq doğurmuşdur. Gürcüstan QHT-ləri bu təklifi maraqla qarşılamış və bu Koalisiyaya qoşulması və iştirakı yolları barədə fikir mübadiləsi aparılmışdır.

 

 

 

Paylaşın: