“Rahat Təhsil” (Easy Education) mobil tətbiqi və saytının təqdimat mərasimi keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Göyərçin-Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Təhsilin əlçatanlığını təmin edən “Rahat Təhsil” (Easy Education) mobil tətbiqi və saytının təqdimat mərasiminin təşkili” layihəsi çərçivəsində 28 iyul 2022-ci il tarixində təqdimatı keçirildi. Tədbir İctimai Birliyin sədri Gülnarə Vəlixanlı çıxış edərək açıq elan olundu. O öz çıxışında, layihənin məqsədi, görülən işlər və easyedu.az saytının necə ərsəyə gəlməsi barədə məlumat verdi. Layihənin məqsədi universitetə hazırlaşan abituryentlərə, ümumilikdə aşağı və yuxarı siniflərdə təhsil alan məktəbli şagirdlərə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək, yeni bilik əldə etmək və öz imkanlarını qiymətləndirmək imkanı verəcəkdir. Mobil tətbiqin istifadəsi həmçinin böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək yeni tədris metodlarının inkişafına təkan verməklə yanaşı, ənənəvi öyrənmə formalarını zənginləşdirəcəkdir.

Daha sonra, layihənin eksperti və ictimai birliyin sədr müavini Nərmin Kərimova çıxış etdi. O bildirdi ki, layihə davamlı olacaqdır, zaman keçdikcə saytda fənlərin və dərslərin sayı artacaqdır. Daha sonra, layihədə iştirak edən fən müəllimləri: Ayşən Sadıqova, Zülfinaz Qurbanova çıxış edərək layihə ərzində öz təcrübələrini bölüşdülər. Son olaraq, təqdimatda iştirak edən şəhid ailələri və onların övladlarına məktəbli ləvazimatlarından ibarət hədiyyələr təqdim olundu. Xatirə şəkli çəkildi.

Paylaşın: