“Şuşa İli”-nə həsr olunmuş xüsusi müsabiqədə MQF-yə üzv olan 10 təşkilat qalib oldu!

 “Şuşa İli”-nə həsr olunmuş xüsusi müsabiqədə MQF-yə üzv olan 10 təşkilat qalib oldu!

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

Bildirilib ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Qeyd edək ki, qalib olan 22 QHT-dən 10-u Azərbaycan Milli QHT Forumunun üzvüdür. Bu münasibətlə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və kollektivinə öz minnətdarlığımızı bildirir, müsabiqədə qalib olan bütün QHT rəhbərlərini təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsində qalib olan Azərbaycan Milli QHT Forumuna üzv təşkilatların siyahısını təqdim edirik.

QHT adı Rəhbərin adı Layihənin adı
1 Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu Sabit Bağırov “Döndükdə gəlirimiz olsun”
2 Əlil Təşkilatları İttifaqı Davud Rəhimli “Hamı üçün müyəssər Şuşa”
3 İctimaiyyətlə Əlaqələrin Inkişafinda Kömək İB Şəlalə Həsənova “Mədəniyyət kodu-Şuşa” adlı lonqrid
4 “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İb Fikrət Yusifov ABŞ-da və Avstriyada “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlər
5 Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tairx və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı Faiq İsmayılov İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması
6       Xan Şuşinski Fondu Bəyimxanım Verdiyeva Xaricdə “Şuşa İli” çərçivəsində “Qarabağ Azərbaycandır” adlı konsertin təşkili
7 “Sağlam İnkişaf və Maarifləndirmə” İB Anar Xəlilov “Şuşa” Virtual Təbliğat Mərkəzi
8 Cəmiyyətin və Medianın İnkişafı Lalə Azərtaş Şuşanı tanıyaq, tanıdaq!
9 Azərbaycan Milli Kulinariya Assosasiyası Tahir Əmiraslanov “Qarabağ mətbəxinin inciləri”
10 Azərbaycan İqtisadçılar İttifaqı Ziyad Səmədzadə “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri” mövzusunda tədqiqatın aparılması
Paylaşın:

SON YAZILAR