Avqustun 31-də “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi üzrə ictimai müzakirə keçirib.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın qorunması, azad olunması yolunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri, layihə rəhbəri Rauf Zeyni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürlərini bildirib, slayd-təqdimatla layihənin əhəmiyyəti, ictimai iştirakçılığın önəmi haqqında məlumat verib. Layihə üzrə ekspert, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev ictimai iştirakçılığın təmin olunması üçün dövlət və cəmiyyət arasındakı münasibətlərin yaxşılaşdırılmasına, ölkənin vacib proseslərində yaxından iştirak etmənin önəmindən danışıb.
Tədbirdə həmçinin Milli QHT Forumunun vitse prezidenti, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Azad Məmmədov, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Qəbələ rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Günel Ağayeva ictimai müzakirədə iştirak ediblər. Tədbir iştirakçıları regionlarda olan problemlərdən bəhs edib və geniş söhbət aparılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.