Mingəçevir şəhərində dəyirmi masa keçirilib – FOTOLAR

 Mingəçevir şəhərində dəyirmi masa keçirilib – FOTOLAR

Avqustun 30-da Mingəçevir şəhər Gənclər Evində Bakı Qeyri Hökumət Təşkilatının Resurs və Təlim Mərkəzi “Regionlarıda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirib. Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur.

QHT.az xəbər verir ki, tədbirdə şəhər ictimaiyyəti, mətbuat işçiləri, şəhid ailələri üzvləri, birinci və ikinci Qarabağ müharibəsi qaziləri, Milli QHT Forumu, Mingəçevir Regional Resurs və Təlim Mərkəzinin sədri,  Bələdiyyə, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Tibb Kolleci, Mingəçevir Turizm Kollecinin ictimai şura üzvləri, Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr, hüquq mühafizə veteranlar şurası şəhər şöbəsinin nümayəndələri, idarə və müssisələrin əməkdaşları, tələbələr, gənclər iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın qorunması, azad olunması yolunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri, layihə rəhbəri Rauf Zeyni layihənin əsas məqsəd və vəzifələri haqqında məlumat verdi, həmçinin ictimai iştirakçılıq haqqında slayd-təqdimat təqdim edib. Layihə üzrə ekspert, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev ictimai nəzarət və ictimai iştirakçılığın təbliği və cəmiyyətin bu yöndə maarifləndirilməsi istiqamətində çıxış edib. Tədbirin təşilində göstərdikləri diqqət və qayğıya görə şəhər İcra Hakimiyyətinə, əlaqədar sahə rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçılarından Fərman Nəbiyev, Tahir Məmmədov, Əliqismət Kərimov, Mirzə Cavadov, İxtiyar Həsənli, Nihat Musayev, Nazim Niftəliyev, 44 günlük Vətən müharibəsi qaziləri Pərviz Məmmədov, Nurlan Vəliyev, Həsən Məmmədov və başqaları Mingəçevirdə sakinlərin rastlaşdığı problemlərdən danışıblar. İstilik sisteminin olmaması, su kanalizasiya sistemində qarşıya çıxan problemlər, ekologiya sahəsində mövcud olan problemlər, qazilərin mənzilə olan ehtiyacları və s. məsələlər əsas müzakirə obyektinə çevrilib. Qaldırılan hər bir məsələ ətrafında geniş müzakirələr aparılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Paylaşın:

SON YAZILAR