Göstərilir 93 Nəticə(s)

Milli QHT Forumunun X Qurultayı ilə bağlı Təşkilat Komitəsinin iclası keçirilib.

Azərbaycan Milli QHT Forumunun X Qurultayına hazırlığa start verildi!   Oktyabr ayında keçirilməsi nəzərdə tutulan Qurultayın, Milli QHT Forumunun Təşkilat Komitəsi ilə 06 sentyabr 2023-cü il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzinin konfrans zalında iclası keçirilib. Tədbiri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni açıq elan edib və MQF Təşkilat Komitəsinin üzvlərini salamlayıb. Daha …

Qəbələ rayonunda ictimai müzakirə keçirilib

Avqustun 31-də “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi üzrə ictimai müzakirə keçirib. QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın …

Mingəçevir şəhərində dəyirmi masa keçirilib – FOTOLAR

Avqustun 30-da Mingəçevir şəhər Gənclər Evində Bakı Qeyri Hökumət Təşkilatının Resurs və Təlim Mərkəzi “Regionlarıda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirib. Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. QHT.az xəbər verir ki, tədbirdə şəhər ictimaiyyəti, mətbuat işçiləri, şəhid ailələri üzvləri, birinci və …

Şəmkir rayonunda ictimai müzakirə keçirilib – FOTOLAR

Avqustun 29-da “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Şəmkir rayonu Heydər Əliyev Mərkəzində “Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi üzrə ictimai müzakirə keçirib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri, Birliyin sədri Rauf Zeyni tədbiri açıq elan edərək, qonaqları salamlayıb, Azərbaycan …

“Vətəndaş cəmiyyəti sektorunda islahatların aparılmasına ehtiyac var” – MÖVQE

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə hüquqi dövlət quruculuğu yolunda aparılan islahatlar zaman-zaman öz bəhrəsini verib. Müstəqilliyin ilk illərində fərqli yöndə davam edən dövlət quruculuğu sonrakı illərdə özünün inkişaf yoluna qədəm qoyub. 1993-cü ilin iyununda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli Lider Heydər Əliyev yeni mərhələnin təməlini qoydu və müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu …

Deportasiya qurbanlarının qayıdış imkanları beynəlxalq konfransda müzakirə edilib

Bakıda “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda müvafiq dövlət orqanlarının təmsilçiləri, Şərq Tərəfdaşlığı ölkələrindən ekspertlər, Qərbi Azərbaycan İcmasının və ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli konfransın məqsədləri və iştirakçıları barədə təqdimat …

“Təbiət ona qarşı genosid həyata keçirənləri bağışlamır” – MÜNASİBƏT BİLDİRİLDİ

“Uzun illərdir ki, ermənilər regionda, Azərbaycanın Qarabağ ərazisində və Azərbaycanla həmsərhəd ərazilərdə ekoloji tarazlığın pozulması, ekoloji terrorun həyata keçirilməsi, beynəlxalq konvensiyaların bütün şərt və tələblərinin pozulması istiqamətində indiyə qədər yüzlərlə ekoloji qanun pozuntuları törədib”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. Onun sözlərinə görə, onlar flora və faunanın məhv olması istiqamətində əllərindən …

Milli QHT Forumu Meşəli soyqırımı qurbanlarının beynəlxalq ictimaiyyətə müraciətini dəstəkləyir – Rauf Zeyni

Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidirlər “Vaqif Xaçatryan olayı Qarabağ iqtisadi rayonumuzda günlərini sayan separatçı rejimə xəbərdarlıq mesajıdır. Hərbi cinayətkarlar ya ərazimizdən çıxışda, yəni Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində, ya da keçiriləcək növbəti antiterror əməliyyatı zamanı həbs olunacaqlar”. Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf …

Bu şəxslər Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçildilər – SİYAHI

 Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. QHT.az xəbər verir ki, seçkidə səs vermək üçün 460 vətəndaş cəmiyyəti institutu nümayəndəsi qeydə alınıb. Səsvermə 29 iyul 2023-cü il tarixində saat 09:00 – 13:00 aralığında baş tutub. Səsvermədə 382 nəfər iştirak edib Etibarlı hesab edilən bülletenlərin sayı –  375 Etibarsız hesab edilən bülletenlərin sayı – 7 Qanunvericiliyə …

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirildi.

Azərbaycan Milli QHT Forumu “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı kimi, Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirildi. Tədbiri açıq elan edən Forumun prezidenti Rauf Zeyni, Ulu Öndər Heydər Əliyevin insan hüquqları konteksində tarixi xidmətlərindən bəhs etdi və Ulu …