Ağcabədi rayonu V. Cəfərov adına Təzəkənd kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə anım mərasimi keçirildi.

 Ağcabədi rayonu V. Cəfərov adına Təzəkənd kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə anım mərasimi keçirildi.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Dilrubə Vəliyevanın təşəbbüsü ilə sinif rəhbəri olduğu III sinif şagirdlərinin iştirakı ilə 10 may 2023-cü il tarixində anım mərasimi keçirildi. Tədbirdə ilk olaraq Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında çarx təqdim olundu. Ağcabədi rayonu V. Cəfərov adına Təzəkənd kənd tam orta məktəbin direktoru İsmayılov Şəfa tədbiri açıq elan etdi. O öz çıxışında bildirdi ki, dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz  ölkələrinin iqtisadi və mədəni  yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük töhfə vermiş olurlar. Bu mənada Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünə məxsusluqu ilə seçilir. Belə ki, möhtərəm Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi  mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qavranılır.
Daha sonra, məktəbin ibtidai sinif müəllimi Dilrubə Vəliyeva bildirdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, ulu öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Daha sonra, III sinif şagirdləri Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər söylədilər. Sonda xatirə şəkli çəkildi.
Ümummilli lider Heydər Əliyevi dərin hörmət, sevgi və ehtiramla anırıq.

Paylaşın:

SON YAZILAR