Azərbaycan Milli QHT Forumu Ulu öndər Heydər Əliyevin anım gününü qeyd edib

 Azərbaycan Milli QHT Forumu Ulu öndər Heydər Əliyevin anım gününü qeyd edib
MQF Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumu (MQF) Ümummilli lider Heydər Əliyevin anım gününü qeyd edib. Anım mərasimini açan MQF-nin vitse-prezidenti , Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova müasir Azərbaycan dövlətinin yaradıcısı, Uluöndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsi, həmçinin vətəndaş cəmiyyətinin təşəkkülü ilə bağlı xidmətlərindən bəhs edib. O bildirib ki, aparılan siyasi kursun nəticəsi olaraq hazırda ölkədə QHT-lər cəmiyyətin ən fəal, dinamik və çevik ictimai qüvvəsinə çevirmişdir və bu siyasət möhtərəm prezidentimiz, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə, MQF-nin idarə heyətinin sədr müavini, “Vətəndaşların sosial rifahı naminə” İB-nin sədri İradə Rzazadə, MQF-nin idarə heyətinin üzvü, “Dünya gənc türk yazarlar” İB-nin sədri Əkbər Qoşalı, MQF-nin idarə heyətinin üzvü, “XXI əsrin qadınları” İB-nin sədri Mahirə Əmirhüseynova, “Yaradıcı Qadınlar Assosiasiyasının” İB-nin sədri Afaq Hüseynova, “Azərbaycan–Gürcüstan əlaqələri” İB-nin sədri Əli Xəlili, “Azad müəllimlər” İB-nin sədri Məlahət Mürşüdlü, “Əmlak Resurs Mərkəzi” İB-nin sədri Şahin Qurbanov, “Heydərçi gənclər” İB-nin sədri Akif Məmmədov və digər şəxslər Uluöndər Heydər Əliyevlə bağlı düşüncə və xatirələri ətrafında çıxış ediblər.
MQF mətbuat xidməti
Paylaşın:

SON YAZILAR