“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi (BQRTM) və “Servye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

 “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi (BQRTM) və “Servye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi (BQRTM) və “Servye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı və “Pasient Təşkilatları İttifaqı”-nın tərəfdaşlığı ilə “2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb” layihəsi, 2-ci tip şəkərli diabet xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və xəstəliyin ağırlaşmalarını azaltmaq məqsədilə ölkəmizin müxtəlif regionlarında maarifləndirici tədbirlər keçirilmişdir.

Belə ki, noyabr ayından başlayan layihə çərçivəsində Şabran, Xaçmaz, Quba, Qusar rayonlarında, dekabr ayı ərzində Yevlax, Bərdə, Tərtər, Beyləqan, İmişli rayonlarında, yanvar ayı ərzində Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Saatlı, Sabirabad rayonlarında, fevral ayı ərzində Masallı, Lerik, Astara, Lənkəran, Yardımlı rayonlarında, mart ayı ərzində Mingəçevir, Goranboy, Ağcabədi, Ucar, Göyçay rayonlarında maarifləndirici tədbirlər keçirildi. Tədbirdə Azərbaycan Tibb Universitetinin tanınmış endokrinoloq həkimi Könül İsmayılova “Şəkərli diabet xəstələri nələri bilməlidir?” mövzusunda təqdimat etmiş və tədbir iştirakçılarının suallarını cavablandırmışdır. Həmçinin, tədbirdə “Servye” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Leyla Annaberdiyeva və Arzu Həşimova da iştirak etmişlər.

Layihə çərçivəsində Respublikanın digər bölgələrində də tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi (BQRTM) sədri Rauf Zeyni, vətəndaşlara xidmət edən bu cür layihələrə dəstək verdiyi üçün “Servye” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri cənab Rişad Təhməzova minnətdarlığını bildirmişdir.

Paylaşın:

SON YAZILAR