Milli QHT Forumundan Gədəbəy hadisələri ilə əlaqədar MÜRACİƏT

 Milli QHT Forumundan Gədəbəy hadisələri ilə əlaqədar MÜRACİƏT

Azərbaycan Milli QHT Forumunun Gədəbəy hadisələri ilə əlaqədar Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ

Azərbaycan xalqı 2020-ci ilin noyabrın 8-də erməni işğalçıları üzərində tarixi qələbəyə imza atdı. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqlarımızı azad etdi və bütün dünyaya öz qüdrətli ordumuz və xalqımız adından bəyan etdik ki, 27 sentyabr 2020-ci ildə başlanan müharibə Azərbaycanın öz torpaqları uğrunda mübarizə apardığı Vətən müharibəsi idi. Müzəffər ordumuzun qələbəsi Azərbaycanın bütün sahələrdə uğurlarına təkan verdi. Sabitlik, inkişaf dövlətimizin daha da qüdrətlənməsini sürətləndirdi.
Bu gün uğurlarımız düşmənin bağrını yardığı halda, bir qrup üzdəniraq insanların düşmən dəyirmanına su tökməsi bağışlanmazdır. Analar bizim arxamızdır, dayağımızdır. Şəhidləri dünyaya gətirən bizim analardır. Bu həqiqəti kimsə unutmasın! Analara əl qaldıran, ictimai sabitliyin pozulmasına şərait yaradan məmur özbaşınalığını pisləyirik, qınayırıq. Hər qarış torpağımız bizim üçün müqəddəsdir. Gədəbəydə əmin-amanlığı pozan ünsürlərə qarşı bir vətəndaş kimi hər birimiz narahat olmalıyıq.
Sıralarında 780-dən çox QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, Gədəbəydə  baş verən hadisələrin müvafiq qurumlar tərəfindən araşdırılmasını və səbəbkarların cəzalandırılmasını tələb edirik!

 

Paylaşın:

SON YAZILAR